"Qəbələ"nin "Səbail"lə 7-ci dueli

14:04 - 11 Avqust 2018

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” ilk turun sabah keçiriləcək oyununda “Səbail”lə qarşılaşacaq. Qəbələ şəhər stadionundakı  görüş  rəqiblər arasında 7-ci duel olacaq. Yalnız ötən mövsümdə üz-üzə gələn komandalar 4 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində münasibətlərini ayırd edib. Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 4 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. 20 qolun vurulduğu matçlarda komanda 13, rəqib 7 dəfə fərqlənib. “Qəbələ” arxada qalan 6 duelin hamısında rəqib qapısına yol tapmağı bacarıb. “Səbail”lə görüşlərin bombardiri olan Baqali Dabo 6, Famussa Kone 3 dəfə qol sevinci yaşayıb.

 

Premyer Liqa çərçivəsində keçirilən 4 matçın hər birində iki komanda da qol sevinci yaşayıb. 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzan “Qəbələ” top fərqində üstündür – 8:5.

 

“Qırmızı-qaralar” evdə keçirdiyi 2 çempionat və 1 kubok görüşündən ikisində qalib gəlibsə, bir dəfə sülhlə kifayətlənib. Qonaqların qapısından 5 top keçirən komanda 2 qola üzülüb.

Xəbər xətti