Dadaşov penaltidən yararlanmadı, komandası darmadağınla qalib gəldi

17:17 - 11 Avqust 2018

Azərbaycan millisinin üzvü Renat Dadaşov "Eştoril" klubunun heyətində debüt edib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu Portuqaliya Sequndasında yeni mövsümün açılış oyununda "Portu"nun B komandasına qarşı forma geyinib. Matça ehtiyatda başlayan Azərbaycan millisinin üzvü 63-cü dəqiqədə (komandası hesabda 3:0 irəlidə olarkən) Sandro Limanın (ilk 2 qolun müəllifi) əvəzinə meydana daxil olub. Dadaşov 86-cı dəqiqədə penaltidən yararlana bilməyib. Görüş "Eştoril"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti