Rusiyada Azərbaycan derbisi VİDEO

01:44 - 12 Avqust 2018

Rusiya Premyer Liqasında 3-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu - Azər Əliyevin çıxış etdiyi "Krılya Sovetov" səfərdə digər Azərbaycan əsilli Ayaz Quliyevin oynadığı "Rostov"un qonağı olub. Qarşılaşmada "Krılya Sovetov" 1:0 hesabı ilə qalib gəlib.

 

Ayaz Quliyev 90 dəqiqə meydanda olub. Azər Əliyev isə 42-ci dəqiqədə meydana daxil olub. Onun meydana girməsindən sonra Samara təmsilçisi qol vurub.

 

"Krılya Sovetov" 3 turdan sonra 4 xalla turnir cədvəlində 4-cüdür. İlk məğlubiyyətini alan "Rostov" isə 6 xalla 3-cü yerdə qərarlaşıb.

 

 

Xəbər xətti