Elşad Əhmədov: "Qənaətbəxş nəticə əldə etmək istəyirik"

11:45 - 12 Avqust 2018

“Sabah” Topaz Premyer Liqasının yeni mövsümündə keçirəcəyi ilk oyuna hazırlığı başa vurub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu debütündə “Keşlə”nin qonağı olacaq. "Sabah"ın baş məşqçisi Elşad Əhmədov oyun barədə açıqlama verib:

 

“Çempionatda ilk oyunumuza çıxacağıq. “Keşlə” ilə qarşılaşacağıq. Rəqibə hörmətlə yanaşırıq. Artıq uzun müddətdi Premyer Liqada çıxış edirlər. Yaxşı, oturuşmuş komandaya sahibdilər. Klub təzəlikcə yeni baş məşqçi ilə anlaşıb. Futbolçular yeni çalışdırıcıya özlərini sübut etmək üçün meydanda var qüvvələri ilə mübarizə aparacaqlar. Bizə gəldikdə isə, çempionata yaxşı hazırlaşmışıq. Qənaətbəxş nəticə əldə etmək istəyirik. Komanda daxilində əhval-ruhiyyə yaxşıdı. Var qüvvəmizlə oynayıb, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

 

Xatırladaq ki, “Keşlə” - “Sabah” oyunu saat 21:00-da başlayacaq. Görüş “ASK Arena”da keçiriləcək.

Xəbər xətti