"Qarabağ"dan ayrılan futbolçu 3-cü liqa klubu ilə müqavilə imzaladı

14:21 - 12 Avqust 2018

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yaroslav Deda özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək. Ukraynalı futbolçu III Liqa təmsilçisi "Karkoneşe Yelenya Qura" ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Deda "Qarabağ"ın U-19 komandasının üzvü idi.

Xəbər xətti