BATE - “Qarabağ”: Son məşq və mətbuat konfransının vaxtı açıqlandı

16:40 - 12 Avqust 2018

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Belarus BATE-si ilə səfər oyunu öncəsi planları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi sabah yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla saat 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

 

Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq.

 

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 

Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

 

Xəbər xətti