Fərhad Vəliyev karyerasını bərpa etdi

18:56 - 12 Avqust 2018

Mövsüm başa çatdıqdan sonra əlcəklərini mıxdan asan milli komandamızın sabiq qapıçısı Fərhad Vəliyev "Səbail"də  məşqçi fəaliyyətinə başlamışdı.

 

Sportal.az xəbər verir ki, qapıçılar üzrə məşqçi olan mütəxəssis həm də oyunçu kimi karyerasını davam etdirəcək. 37 yaşlı Vəliyev Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Səbail"in "Qəbələ" ilə səfər matçında keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib. Fərhad ehtiyat oyunçular skamyasında əyləşəcək.

 

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib. İllərin təcrübəsi karyerasına "Sumqayıt"da son qoyub.

Xəbər xətti