"Səbail"də yeni kapitan

19:14 - 12 Avqust 2018

Eltun Yaqublunun uzun müddətə sıradan çıxmasından sonra "Səbail"in yeni kapitanı bəlli olub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunda kapitanlıq bazubəndi “Qarabağ”dan ayrıldıqdan sonra "aslan" olan Rahid Əmirquliyevə həvalə olunub. O, komandanı "Qəbələ" ilə səfər matçına kapitan qismində çıxaracaq.

 

Qeyd edək ki, Əmirquliyev uzun müddət oynadığı “Xəzər Lənkəran”da kapitan olmuşdu.

Xəbər xətti