Elşad Əhmədov: "Üst pillələrdə yer almaq istəyirik"

00:38 - 13 Avqust 2018

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının ilk turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib: “İlk oyunda uşaqlarda həyəcan var idi. Buna baxmayaraq, qələbə qazandıq. Qalibiyətimizi prezidentimizin övladına həsr edirik. Onun ad günü idi".

 

Əhmədov əcnəbi hücumçu transfer etməyəcəklərini deyib: "Yeni komanda olduğumuz üçün yerli futbolçular bizə həvəslə gəlmədilər. 6 legioner almışıq, əcnəbi transfer düşünmürük".

 

Mütəxəssis hədəfləri barədə danışıb: "Yeni komandayıq. Üst pillələrdə yer almaq istəyirik".

Xəbər xətti