Topaz Premyer Liqası: Açılış turunu neçə azarkeş izlədi?

10:49 - 13 Avqust 2018

Topaz Premyer Liqasında mövsümün ilk turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ilk görüşü "Dalğa Arena" "Sumqayıt"la "Neftçi" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 800 nəfər izləyib.

 

Qəbələdə baş tutan "Qəbələ" "Səbail" oyununu 600, "Keşlə" - "Sabah" qarşılaşmasında isə 300 azarkeş qeydə alınıb.

 

Beləliklə, Topaz Premyer Liqasının açılış turunu cəmi 1700 azarkeş izləyib.

 

Turun "Qarabağ" - "Zirə" oyunu isə avqustun 26-na təxirə salınıb.

Xəbər xətti