Mladen Milinkoviç: 55-ci legioner, 4-cü serbiyalı

Topaz Premyer Liqasının I turunun “Keşlə” – “Sabah” qarşılaşması (0:1) daha bir legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb. O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.

Tarix: 13 Avqust [12:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio