Hannes Halldorsson: "Penaltilər seriyasına hazıram"

"Penaltilər seriyası lotereya kimidir. Həmin anda rəqibin fikirlərini oxumaq lazımdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorson Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə cavab qarşılaşmasından öncə deyib. Belarus mətbuatına danışan 34 yaşlı qapıçı DÇ-2018-də İslandiyanın heyətində Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməsindən də danışıb:

 

"DÇ-2018-də Argentina ilə oyunda Messinin penaltisini dəf etmişdim. Həmin an karyeramın ən parlaq dönəmlərindən biridir. O epizodu hazırda düşünmürəm, amma olduğum yerlərdə insanlar bunu mənə xatırladırlar. Penalti zamanı təzyiq hiss etmirəm. BATE ilə oyun 11 metrlik cərimə zərbələrinə getsə, buna hazıram".

 

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 

Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.

Tarix: 13 Avqust [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio