Ronaldo xəstəxanaya yerləşdirildi

16:57 - 13 Avqust 2018

Braziliya millisinin sabiq hücumçusu Ronaldo İbiza adasında dincələrkən pnevmoniyaya tutulub.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu bu səbəbdən xəstəxanaya yerləşdirilib. Həkimlər pnevmoniyanın Ronaldoda inkişaf etdiyini bildiriblər. Ronaldo bir müddət müalicədən aldıqdan sonra buraxılacaq.

 

Qeyd edək ki, Ronaldo iki dəfə dünya çempionu olmaqla yanaşı, "Qızıl top" mükafatını da qazanıb. O, PSV, "Barselona", "İnter", "Real", "Milan" kimi komandalarda çıxış edib.

Xəbər xətti