Qurban Qurbanov: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq"

22:24 - 13 Avqust 2018

"Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ÇL-in III təsnifat mərhələsinin BATE ilə cavab oyunundan öncə deyib. Hazırki məqamı çətin adlandıran mütəxəssis mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Xəbər xətti