Ramil Şeydayevin yeni klubu müəyyənləşir

11:55 - 14 Avqust 2018

"Trabzonspor"dan ayrılan millimizin hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu Avstriyanın "Mattersburq" klubu ilə ilkin danışıqları tamamlayıb. Onun Bundesliqa klubuna transferi tezliklə açıqlanacaq.

 

Şeydayev daha öncə də Avstriya klubu ilə danışıqlar aparmışdı. Lakin son detallarda anlaşma əldə edilməmişdi. Forvard Bundesliqa təmsilçisinə azad agent statusu ilə transfer olacaq.

 

Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xəbər xətti