Sampaolinin yeni iş yeri müəyyənləşir

14:54 - 14 Avqust 2018

DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina milli komandasından qovulan Xorxe Sampaolinin yeni komandası bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Meksika millisinin "sükanı arxası"na keçməyə yaxındır. 58 yaşlı mütəxəssislə ABŞ, Kosta-Rika və Paraqvay yığmaları da danışıqlar aparıb. Lakin Meksika Futbol Federasiyası Sampaoli ilə danışıqlarda bir addım öndədir və anlaşma yaxın günlərdə əldə ediləcək.

 

Qeyd edək ki, Meksika yığması DÇ-2018-dən sonra Xuan Karlos Osorio ilə yolları ayırıb.

Xəbər xətti