"Sabah" "Qaradağ Lökbatan"a qalib gəldi

16:05 - 14 Avqust 2018

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

Binə stadionunda keçirilən oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Emil Qasımov vurub.

Xəbər xətti