"Vilyarreal" Denis Çerışevi icarəyə verdi

17:52 - 14 Avqust 2018

"Vilyarreal" Rusiya millisinin üzvü Denis Çerışevi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını "Valensiya"da davam etdirəcək. "Yarasalar" rusiyalı futbolçunu 1 illik icarəyə götürüb.

 

Çerışev 2016-cı ildə müqavilə ilə "Real"a məxsus olarkən "Valensiya"da icarədə oynayıb.

 

Qeyd edək ki, DÇ-2018-də parlaq oyun nümayiş etdirən Çerışev 2016-cl ildən "Vilyarreal"da çıxış edir.

Xəbər xətti