"Roma" "Sevilya"nın futbolçusunu transfer etdi

18:37 - 14 Avqust 2018

"Roma" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "canavarlar" "Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzini transfer edib. Paytaxt klubu 29 yaşlı futbolçunun transferi üçün 30 milyon avrosundan keçib. Fransa millisinin üzvüylə 4 illik müqavilə imzalanıb. Nzonzinin həftəlik maaşı 60 min avro olacaq.

 

Qeyd edək ki, Nzonzi 2015-ci ildə "Stok Siti"dən "Sevilya"ya keçmişdi.

Xəbər xətti