BATE-nin yarımmüdafiəçisi: "Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq"

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan sonra BATE-nin yarımmüdafiəçisi Yevgeni Yablonski fikirlərini bölüşüb:

 

"Biz nəticədən tam məmnunuq. Məqsədimiz pley-offa yüksəlmək idi. Bu işimizi tamamladıq. Davam etməliyik. "Qarabağ"la hər iki oyun kifayət qədər ağır oldu. Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq".

 

23 yaşlı futbolçu pley-off mərhələsində PSV-yə qarşı keçirəcəyi oyunlardan danışıb:

 

"Hər iki oyun çətin olacaq. Ancaq daha öncə də üst səviyyəli komandalarla görüşmüşük. Belə oyunların təcrübəsini qazanmışıq. Əsas öz oyunumuzu göstərməkdir. Oyunda düzgün strategiya qurmalıyıq."

Tarix: 15 Avqust [00:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio