"Qarabağ"ın UEFA-dan qazancı müəyyənləşdi: itirilən milyonlar

10:54 - 15 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.  

 

Sportal.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasından I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

 

"Qarabağ"ı məğlub edərək, Çempionlar Liqasının pley-offuna yüksələn BATE PSV səddini keçə bilməsə, 5 milyon avro mükafat alacaq. Əgər Borisov təmsilçisi ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

 

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırsa, 300 min avro qazanacaq. Ağdam klubu bu turnirin qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,62 milyon avro ilə zənginləşdirəcək.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

 

Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti