Zidanın çalışdırmaq istədiyi komanda

Ötən mövsüm baş çatan kimi Madrid "Real"ından sürpriz şəkildə ayrılan Zinəddin Zidanın çalışdırmaq istədiyi klub bəlli olub.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssis yenidən iş başına qayıtmaq istəyir. "L'Équipe" nəşrində yer alan məlumata görə, 46 yaşlı mütəxəssis növbəti mövsümdən "Mançester Yunayted"i çalışdırmaq istəyir.

 

Qeyd edək ki, "Mançester Yunayted"i 2016-cı ildən Joze Mourinyo çalışdırır. "Qırmızı şeytanlar"ın portuqaliyalı mütəxəssislə 2020-ci ilə qədər müqaviləsi var.

 

Tarix: 15 Avqust [12:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio