"Zirə" "Dalğa Arena"da oynamayacaq: "Keşlə" ilə matçın məkanı bəlli oldu

12:52 - 15 Avqust 2018

 "Zirə"nin Topaz Premyer Liqasının II turunda "Keşlə"ni "Dalğa Arena"da qəbul edəcəyi açıqlanmışdı.

 

Lakin matçın keçiriləcəyi məkan dəyişdirilib. Bu barədə Sportal.az-a "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə məlumat verib. Klub rəsmisi "Keşlə"ni "AZAL Arena"da qəbul edəcəklərini deyib. 

 

Qeyd edək ki, "AZAL arena" bir müddət əvvəl təmirdən çıxıb. Həmin stadiona "Zirə"nin meydanından sökülən süni ot örtüyü vurulub.

 

Qeyd edək ki, "Zirə" - "Keşlə" matçı avqustun 18-i saat 20:30-da baş tutacaq.

Xəbər xətti