"İnter" Spalletti ilə müqaviləni uzatdı

13:41 - 15 Avqust 2018

"İnter" baş məşqçisi Luçano Spalletti ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, bu klubun saytı məlumat yayıb. 59 yaşlı mütəxəssislə müqavilə 3 il uzadılıb.

 

Qeyd edək ki, italiyalı mütəxəssis ötən mövsümdən "İnter"i çalışdırır. Milan təmsilçisi onun rəhbərliyi altında bu mövsüm Çempionlar Liqasında çıxış edəcək.

Xəbər xətti