Lionel Messi millidə fasilə götürdü

15:48 - 15 Avqust 2018

Argentina yığmasının kapitanı Lionel Messi milli karyerasına fasilə vermək üçün ölkə federasiyasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı kapitan qurumun prezidenti Klaudio Tapia və müvəqqəti baş məşqçi Lionel Skalonidən 1 il ərzində milli komandaya çağırılmamasını istəyib. 

 

Yeni baş məşqçi Skaloni DÇ-2018-ə aparılmayan Mauro İkardini yığmaya dəvət edəcək. Messinin yoxluğunda isə Paulo Dibala oynayacaq.

Xəbər xətti