"Tottenhem" hücumçusunu nömrəsiz qoydu

"Tottenhem" hücumçusu Vinsent Yanssenlə yolları ayırmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, London klubu Premyer Liqanın iştirak ərizəsində 24 yaşlı hücumçuya yer verməyib. Ümumiyyətlə, 9 nömrəli formada hollandiyalı forvardın adı yer almır. Komandanın baş məşqçisi Maurisio Poçettino açıqlamasında Yansseni heyətdə düşünmədiyini demişdi.

 

İki mövsüm öncə "Alkmaar"dan 22 milyon avroya transfer edilən Hollandiya millisinin üzvü "Tottenhem"də 9 nömrəli formada çıxış edirdi. O, son mövsümü "Fənərbaxça"da icarə əsasında keçirib.

Tarix: 15 Avqust [18:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2018
17  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio