Stefan Mbia Fransaya döndü

00:41 - 16 Avqust 2018

Kamerun millisinin sabiq üzvü Stefan Mbianın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Fransada davam etdirəcək. Təcrübəli dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisi “Tuluza”ya azad agent statusu ilə keçib.

 

Mbia karyerası ərzində "Renn", "Marsel", KPR, "Sevilya" və "Trabzonspor" klublarında çıxış edib. Stefan son olaraq, Çinin "Hebey Çin Forçun" klubunda forma geyinib.

Xəbər xətti