"Qarabağ"ın rəqibi müəyyənləşdi

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq, turnirlə vidalaşan “Qarabağ”ın da Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.

 

"Valyur” ilk oyunda Moldovada 0:1 hesabı ilə uduzduğu "Şerif"i İslandiyada qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə vurduğu qol sayəsində "Şerif" pley-offa adlayıb. Beləliklə, "Şerif" bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

 

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

 

"Valyur” (İslandiya) - "Şerif" (Moldova) - 2:1

Qollar: Pakur Siqurdsson, 40, Kristinn Halldorsson, 90 - Badibanqa, 68

İlk oyun - 0:1

Tarix: 17 Avqust [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio