Azərbaycanın FIFA-nın reytinqində mövqeyi dəyişmədi

12:33 - 16 Avqust 2018

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, millimizin mövqeyində dəyişiklik baş verməyib. Yığmamız 1207 xalla 105-ci pillədədir.

 

Siyahıya DÇ-2018-in qalibi Fransa başçılıq edir (1726 xal). Belçika 2-ci (1723), Braziliya 3-cü (1431), Xorvatiya 4-cü (1643), Uruqvay 5-ci (1627) yerdə qərarlaşıb.

Xəbər xətti