"Arsenal"dan "Napoli"yə keçdi

13:17 - 16 Avqust 2018

"Arsenal" qapıçısı David Ospinanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Kolumbiya millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. 29 yaşlı qapıçını "Napoli" 1 illik icarəyə götürüb. Əgər Neapol təmsilçisi Çempionlar Liqasını, ya da A Seriyasını qazansa, Ospina müqavilə şərtlərinə əsasən, birdəfəlik transfer ediləcək.

 

Qeyd edək ki, "Arsenal" Ospinanı 2014-cü ildə "Nitsa"dan 4 milyon avroya transfer etmişdi.

Xəbər xətti