Ramil Şeydayev Rusiya klubunda RƏSMİ

14:50 - 16 Avqust 2018

"Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiyada çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov"un düşərgəsində baxışda olub və məşqçilər korpusunu razı salıb. Onunla imzalanan müqavilənin detalları bəlli deyil.

 

Şeydayev bu gün "Krılya Sovetov"un heyətində əvəzedici komandaya qarşı keçirdiyi oyunda (3:1) qollardan birinə imza atıb.

 

Avstriyanın "Matterburq" klubu Şeydayevin keçidinə yaxın olsa da, Ramil Rusiyada çıxış etməyə üstünlük verib.

 

Qeyd edəl ki, Şeydayev "Zenit"in yetirməsidir. Millimizin üzvü "Rubin"də də icarə əsasında çıxış edib. 2016-cı ildə "Trabzonspor"a transfer olan forvard "Jilina" və "Qarabağ"da icarə əsasında oynayıb.

 

Əlavə edək ki, Samara təmsilçisində Azərbaycan əsilli futbolçu Azər Əliyev də çıxış edir.

Xəbər xətti