"Beşiktaş"ın ümidi Minyoleyə qaldı

17:33 - 16 Avqust 2018

Fabrinin "Fulhem"ə transferindən sonra "Beşiktaş" qapıçı axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Arsenal"dan David Ospinanın keçidində "Napoli"yə uduzmasıyla yeganə ümidi "Liverpul"un qapıçısı Simon Minyoleyə qalıb. "Beşiktaş" tərəfi "qırmızılar"dan Belçika millisinin üzvünü icarəyə götürmək üçün növbəti danışıqlara başlayıb.

 

Qeyd edək ki, 30 yaşlı əlcək sahibi 2013-cü ildən "Liverpul"da çıxış edir. Qapıçının agenti açıqlamasında Minyolenin daim oynaya biləcəyi yerə gedəcəyini deyib.

Xəbər xətti