"Qalatasaray" 35 yaşlı futbolçu ilə vidalaşır

18:06 - 16 Avqust 2018

"Qalatasaray" 2007-ci ildən komandada çıxış edən Hakan Balta ilə ötən mövsüm başa çatan müqaviləni uzatmadı.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. Bu, "Qalatasaray"ın Super Liqada "Göztəpə"ni qəbul etdiyi ev oyunundan öncə baş tutacaq.

 

Türkiyə millisinin sabiq üzvünün karyerasına başa vuraraq, "Qalatasaray"ın akademiyasında məşqçilik edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Hakan Balta "sarı-qrımızılar"da 332 oyun keçirib.

Xəbər xətti