Valverde: "Messi mövsümə bu mövqeydə başlayacaq"

18:53 - 16 Avqust 2018

"Barselona"nın baş məşqçisi Ernesto Valverde La Liqada mövsümün start həyəcanı öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Lionel Messinin mövsümə hücumun sağ cinahında başlayacağını deyib: "Messi mövsümə sağ cinahda başlayacaq. Bunun üzərində çox işlədik. Görək, necə aılnacaq. Malkon "Bordo" klubunda sağ cinahda çıxış edirdi. Ancaq onun digər cinahda oynamaq bacarığı var. Arturo Vidal zədəsini bir müddət əvvəl sağaldıb. Yavaş-yavaş formasını bərpa edir. Ümid edirəm ki, bizə yardımı çox olacaq".

 

Qeyd edək ki, "Barselona" La Liqanın ilk turunda "Alaves"i qəbul edəcək.

Xəbər xətti