25 illik "Yuventus" karyerası başa çatdı

"Yuventus" yarımmüdafiəçisi Klaudio Markizio ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Tərəflər müqaviləni qarşılıqlı anlaşma əsasında pozublar.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 1993-cü ildə Turin klubunun akademiyasına yazılıb. 32 yaşlı futbolçu 2005-ci ildə "qoca sinyora"nın əsas komandasında debüt edib. Markizio 2007/08 mövsümünü icarə əsasında "Empoli"də keçirib.

Tarix: 17 Avqust [13:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio