"Xəzər" TV-də yayımlanan "Futbol saatı" yenidən efirə qayıdır.
Sportal.az-ın məlumatına görə, bu haqda verilişin aparıcısı Sənan Abdullayev sosial şəbəkə hesabında məlumat verib. Tanınmış jurnalist sentyabrın 10-dan efirə çıxacaqlarını qeyd edib: "Futbol saatı" geri dönür. Köhnə heyətlə Azərbaycan futbolu adına yenə gücümüz çatanın ən yaxşısına çalışacağıq. Hər şey, hər kəs necə var idisə elə qalacaq! Həmkarları, azarkeşləri, futbolçusunu, mütəxəssisini daha da yaxın edəcək, köməkləşəcəyik. Sentyabrın 10-da, saat 23.00-da görüşənədək".
Qeyd edək ki, ölkə futbolundan bəhs edən proqram ötən mövsüm yayımlanmırdı.
Tarix: 17 Avqust [14:25]
|
|
Müəllif: Sportal.az
|