Azərbaycanın Avropa Liqasının püşkatma mərasimindəki səfiri kim olacaq?

Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

 

Sportal.az xəbər verir ki, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, futbolçu karyerası dövründə İspaniya və Portuqaliyada legoner həyatı yaşamış 50 yaşlı Qasımov "Betis"in heyətində Primeronun bürünc medalçısı olub. 

Tarix: 17 Avqust [17:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio