Evin üzqarası: Messiyə həbs cəzası verildi

"Barselona"nın və Argentina millisinin ulduzu Lionel Messinin qardaşı Matias Messi qalmaqallarından qalmaq bilmir.

 

Sportal.az xəbər verir ki, Matias bu dəfə məhkəmə önünə qanunsuz şəkildə odlu silah gəzdirdiyi üçün çıxıb. Argentinanın Rosario şəhər məhkəməsi Matiası 2,5 illik azadlıqdan məhrum edib. O, cəzasını ictimai işlərə cəlb olunmaqla ödəyəcək. Matiasa Argentinanı bu müddət ərzində tərk etmək qadağan edilib.

 

Qeyd edək ki, Matias daha öncə də bir neçə dəfə məhkəmə qarşısına çıxıb.

Tarix: 17 Avqust [19:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio