"Sumqayıt" yeni transferini rəsmən açıqladı

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü "Keşlə"də çıxış etmiş Orxan Sadıqlı icarə əsasında bu komandada çıxış edəcək. 25 yaşlı qolkiper “Sumqayıt”da 15 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" və "Keşlə"nin şərəfini qorumuş Orxan Sadıqlı Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

 

Əlavə edək ki, "Sumqayıt" Əfran İsmayılov ("Qarabağ"), Elvin Məmmədov ("Qəbələ"), Yusif Nəbiyev ("Qəbələ": icarəyə), Şəhriyar Əliyev ("Kəpəz"), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna: icarəyə), Aleksey İsayev ("Zenit", Rusiya), Əli Babayev ("Hapoel Raanana", İsrail), Qvanzav Maqomedov ("Sabah"), Arif Daşdəmirovu ("Qarabağ") da rənglərinə bağlayıb.

Tarix: 17 Avqust [18:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio