Ramil Şeydayev "Krılya Sovetov"da seçimini etdi

Türkiyənin "Trabzonspor" klubundan ayrılan Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.

 

Futbol11.az xəbər verir ki, 22 yaşlı hücumçu Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov" klubuna keçidini rəsmiləşdirib. Samara təmsilçisi gənc forvardla mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Şaydayev yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Şeydayev Rusiyanın "Zenit" klubunun yetirməsidir. O, son mövsümü icarə əsasında "Qarabağ" klubunda keçirib.

Tarix: 17 Avqust [22:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio