"Qalatasaray" millinin üzvünü transfer etdi

"Qalatasaray" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Alanyaspor"un yarımmüdafiəçisi Əmrə Akbabanı transfer edib. "Sarı-qırmızılar" Türkiyə millisinin üzvü üçün 5 milyon avrosundan keçib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Əmrə Akbaba "Antalyaspor"un yetirməsidir. O, 2013-cü ildə "Alanyaspor"a icarəyə verilmişdi. 2016-cı ildə isə bu komandaya ilə birdəfəlik transfer olmuşdu.

Tarix: 18 Avqust [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio