Jervinyo rəsmən İtaliya klubunda

12:51 - 18 Avqust 2018

Çinin "Hebey Çin Forçun" klubunda heyətə düşə bilməyən Jervinyo İtaliyaya qayıdıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Seriya A-ya geri dönən "Parma"ya transfer olub. Kot-d-ivuarlı vingerlə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2016-cı ildə "Roma"dan 18 milyon avro qarşılığında Çin klubuna transfer olmuşdu.

Xəbər xətti