Aftandil Hacıyev: "Təqvim bizim üçün uğrsuzdur"

20:55 - 18 Avqust 2018

Topaz Premyer Liqasının II turunda “Səbail” doğma meydanda "Qarabağ"a 0:2 hesabıyla uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “şirlər”in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bölüşüb:

 

“Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Bugünkü oyunda deməzdim ki, istədiyimiz tam alınmadı. “Qarabağ” kimi komadaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq. Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə, itkilərimiz, zədəli oyunçularımmz var. Çempionatın əvvəlləridir. Təqvim də hələ ki bizim üçün uğrsuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm”.

Xəbər xətti