Renat Dadaşov komandasına qələbə qazandırdı, meydandan qovuldu

01:23 - 19 Avqust 2018

Portuqaliya Sequndasında ikinci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” səfərdə "Braqa"nın B komndası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu Renat Dadaşov 57-ci dəqiqədə vurub. 19 yaşlı hücumçu 90+1-ci dəqiqədə rəqibinə qarşı kobud oynayaraq, qırmızı vərəqə alaraq, meydandan qovulub.

 

Dadaşov ötən turda penaltidən fərqlənə biıməmişdi.

 

Qeyd edək ki, "Eştoril" 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti