"Səbail"in sabiq futbolçusu klubsuz qaldı

13:02 - 19 Avqust 2018

Ötən mövsümün ikinci yarısınl icarə əsasında "Səbail"də keçirmiş Yevgeni Koçuk müqavilə ilə məxsus olduğu “Jilina” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Slovakiya klubu ilə vidalaşan Koçuk hazırda azad agent statusudur.

 

Qeyd edək ki, Moldova millisinin üzvü ötən mövsüm "Səbail"də ilin ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər xətti