Ramil Şeydayev "Krılya Sovetov"da debüt etdi

19:44 - 19 Avqust 2018

Milli komandamızın üzvü Ramil Şeydayev "Krılya Sovetov" klubunun heyətində debüt edib.  

 

Sportal.az xəbər verir ki, Şeydayev Rusiya Premyer Liqasının IV turunda doğma meydanda "Lokomotiv"ə qarşı keçirilən matçda meydanda olub. 22 yaşlı hücumçu qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub. Samara təmsilçisinin Azərbaycan əsilli futbolçusu Azər Əliyev isə ehtiyatda qalıb.

 

Qarşılaşma "Lokomotiv"in minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi isə Qjeqoj Kırxovyak olub. 

Xəbər xətti