Elşad Əhmədov: "Müdafiədəki səhvlər üzərində düşünməliyik" MÜSAHİBƏ

23:13 - 19 Avqust 2018

“Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. “Sumqayıt” gözlədiyimizdən də yaxşı çıxış etdi”.

 

Sportal.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Elşad Əhmədov evdə “Sumqayıt”a 1:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu məğlubiyyət komandanıza necə təsir edə bilər? 
- Cəmi 2 aydır yığışmışıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq. 

 

- Sizin oyun üslubunuz belə deyil. Komandanızın istədiyiniz oyunu sərgiləməməsi nə ilə əlaqədardır?
- Mən də futbolçulara fasilədə dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq. 

 

- “Sumqayıt” səviyyəli mərkəz hücumçusu axtarışında olduğu halda komandanıza 4 qol vurdu... 
- Deməzdim ki, rəqibin hücumçusu yoxdu. “Sumqayıt” bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik. 

 

- “Sabah” ilk turda qələbə qazansa da, “Sumqayıt” uduzmuşdu. Bəlkə bu amil üzündən komandanız bugünkü oyuna rəqibə qarşı saymazyana münasibətlə çıxmışdı? 
- İnanmıram ki, saymazlıq olsun. Ola bilsin, arxayınçılıq olsun. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq (Sport24.az).

Xəbər xətti