Topaz Premyer Liqası: 4 oyuna 2550 azarkeş

10:21 - 20 Avqust 2018

Topaz Premyer Liqasında ikinci turda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ilk görüşü "Bayıl Arena" "Səbail"lə "Qarabağ" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 1050 nəfər izləyib.

 

Şüvəlanda baş tutan "Zirə" "Keşlə" oyununda 400, "Dalğa Arena"da keçirilən "Neftçi" - "Qəbələ" matçında 600, "Əlincə Arena"da reallaşan "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə 500 azarkeş qeydə alınıb.

 

Beləliklə, Topaz Premyer Liqasının ikinci turunu cəmi 2550 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 637,5 fanat edir.

Xəbər xətti