"Zirə" 100-ə çatdı

13:34 - 20 Avqust 2018

“Keşlə” ilə Topaz Premyer Liqasının 2-ci turunun qarşılaşmasında rəqib qapısına yol tapan Pərdis Fərcad-Azad “Zirə”nin yubiley qoluna imza atıb.

 

Futbol11.az xəbər verir ki, matçda ikinci qolun müəllifi olan 30 yaşlı yarımmüdafiəçi klubun 100-cü ev qolunun müəllifi olub. Bu matçadək öz meydanında 67 oyun keçirən "qartallar" 98 dəfə fərqlənmişdi. 68-ci görüş 100-cü qol üçün yetərli olub.

 

Bu toplardan 65-i Premyer Liqa, 28-i I divizion, 5-i Azərbaycan kuboku, 2-si UEFA Avropa Liqasına təsadüf edib.

Xəbər xətti