Azərbaycanlı futbolçu Almaniyada poker etdi

14:54 - 20 Avqust 2018

Almaniya üçüncü Bundesliqasında mübarizə aparan millimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" Federasiya Kubokunda "Şyüren" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşdə poker edib. Rüfət 35, 61, 71 və 80-ci dəqiqələrində rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, Rüfət cari mövsüm III Bundesliqada 1 qol vurub.

Xəbər xətti